Главная > Siyasət > Kamran Əliyev generalın qardaşına yüksək vəzifə verdi

Kamran Əliyev generalın qardaşına yüksək vəzifə verdi


17-09-2020, 17:28. Разместил: azadses
Mingəçevir və Sumqayıt şəhərlərinin sabiq prokuroru Dağlar Zeynalova vəzifə verilməsi ilə bağlı mətbuatda məlumat yayılıb.
''Azad Səs'' Unikal.org-a istinadən xəbər veirr ki, Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, D.Zeynalovun prokurorluq orqanlarında səmərəli fəaliyyəti, peşəkarlığı nəzərə alınaraq, Baş Prokuror Kamran Əliyevin əmri ilə, Baş Prokurorun xüsusi məsələlər üzrə köməkçisi təyin olunub. 
D.Zeynalov Ədliyyə Nazirliyinin Məhkəmə Qərarları İcrası Baş İdarəsinin sabiq rəisi general-mayor  Xanlar Zeynalovun qardaşıdır.
Qeyd edək ki, bununla bağlı ilk xəbəri "Bakupost" yayıb.


Вернуться назад