Главная > Siyasət > “Namizədliyimi irəli sürməyəcəm” – ASLAN HÜSEYNOV

“Namizədliyimi irəli sürməyəcəm” – ASLAN HÜSEYNOV


10-12-2019, 16:39. Разместил: azadses
Növbədənkənar parlament seçkilərinin keçirilməsi gündəmə gələr-gəlməz xeyli sayda aktrisa və müğənni də deputatlığa namizəd olacağını açıqlayıb. Bu məsələdə xalq artisti Afaq Bəşirqızının da adı hallanır. Belə ki, artıq bir neçə gündür ki, sosial şəbəkələrdə xalq artistinin deputatlığa namizəd olması ilə bağlı kampaniya başladılıb. Belə ki, məşhurlar xalq artistinin fotosunu paylaşaraq, onu millət vəkili kimi görmək istədiklərini qeyd ediblər. Müğənni Aslan Hüseynov, parlament seçkilərində iştirak etməyəcəyini bildirib: “Xeyr, namizədliyimi irəli sürməyəcəm. Amma namizədliyini irəli sürən sənət yoldaşlarıma dəstək olacam” Aslan Hüseynov, Afaq Bəşirqızının namizədliyinin irəli sürməsinə də münasibət bildirib: “Əlbəttə, zaman-zaman Milli Məclisdəç sənətçilər iştirak edib. Afaq Bəşiqızı da dəyərli sənətkarımızıdır. Əlbəttə ki, dəstək olacayıq”
Вернуться назад