Главная > Siyasət > Lujkov vəfat etdi

Lujkov vəfat etdi


10-12-2019, 13:27. Разместил: azadses
Keçmiş mer 84 yaşında dünyasını dəyişib
Azadsəs xəbər verir ki Rusiyanın paytaxtı Moskvanın keçmiş meri Yuri Lujkov vəfat edib.  Rusiya mətbuatının məlumatına görə, o, 84 yaşında dünyasını dəyişib.
Yuri Lujkov 1936-cı il sentyabrın 21-də Moskvada anadan olub. 1953-cü ildə məktəbi bitirəndən sonra Qubkin adına neft və qaz universitetində təhsil alıb.
1991-ci ilin iyulunda Moskvanın vitse-meri, 1992-ci ildə isə meri seçilib. 2010-cu ilin sentyabrında Rusiyanın NTV kanalında 2 sənədli film nümayiş etdirilib. Bu filmlərdə Lujkova qarşı ciddi ittihamlar irəli sürülmüşdür. 2010-cu il sentyabrın 28-də o vaxt Çində olan Rusiyanın prezidenti Dmitri Medvedyev müsahibəsində Lujkovu vəzifədən azad etdiyini bildirmişdi.



Вернуться назад