Главная > Siyasət > Prezident İlham Əliyev İlqar Məmmədovu təbrik etdi
Prezident İlham Əliyev İlqar Məmmədovu təbrik etdi5-09-2020, 11:32. Разместил: azadses |
Respublikaçı Alternativ (REAL) Partiyasının sədri İlqar Məmmədovun Prezident Administrasiyasının Siyasi partiyalarla və qanunvercilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ilə növbəti görüşü keçirilib. ''Azad Səs'' -in məlumatına görə, bu barədə partiyanın rəsmi feysbuk səhifəsində bildirilib. Qeyd olunub ki, Ədalət Vəliyev partiyanın qeydiyyatı münasibəti ilə Prezident İlham Əliyevin təbrikini İlqar Məmmədova çatdırıb. Təbrikə görə təşəkkürünü bildirən REAL sədri siyasi partiyaların qeydiyyatındakı son aylarda baş verən əhəmiyyətli dəyişikliyin müsbət yenilik olduğunu vurğulayıb: "Tək ölkə vətəndaşları deyil, həm də ABŞ, Fransa, Böyük Britaniya və Avropa İttifaqı tərəfindən rəsmi bəyanatlarda partiyamızın qeydiyyatına yüksək qiymət verildiyini, bunu ölkəmizin beynəlxalq nüfuzuna ciddi fayda gətirən amil olduğunu bildirib. Prezidentin köməkçisi Hikmət Hacıyevin bu yaxınlarda vətəndaş cəmiyyəti təşkilatları ilə başladığı görüşlər seriyasının həm də REAL Partiyası ilə hakimiyyət arasında davam edən dialoqun əks-sədası olduğunu görüşdə eşitməyindən İlqar Məmmədov məmnunluğunu ifadə edib. REAL sədri dünən Avropa Şurasında 4 ilə yaxındır Azərbaycana qarşı davam edən pozuntu prosedurunun nəhayət rəsmən aradan qaldırılmasını da hakimiyyətin REAL ilə aparılan dialoqun müsbət nəticələrindən biri olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, yaratdığımız hüquqi örnək Azərbaycanın Avropa İnsan Haqları Konvensiyası sistemində yerini qorudu. Bunun önəmi Avropa Şurası Baş katibinin dünənki bəyanatında bir daha vurğulanıb". "Ədalət Vəliyev bildirib ki, siyasi partiyalarla əlaqələr sahəsində Prezident Administrasiyasının hazırladığı yeni təşəbbüslərin yaxın aylarda ölkədə siyasi münasibətlərin yeni mərhələyə keçməsində rolu olacaq. Söhbət zamanı ölkənin siyasi gündəminə aid problemli məsələlər, o cümlədən Vəfa Nağı və Tofiq Yaqublu ilə bağlı qərarların nümunəsində məhkəmələrin insan haqlarını qorumasında yeri haqqında ətraflı fikir mübadiləsi aparıldı", - məlumatda bildirilib. Вернуться назад |