Главная > Siyasət > Honkonqda hökumət əleyhinə razılaşdırılmış aksiya keçirilir
Honkonqda hökumət əleyhinə razılaşdırılmış aksiya keçirilir8-12-2019, 14:32. Разместил: azadses |
Bu gün Honkonqun Kozuey-bey rayonunda hökumət əleyhinə aksiya keçirir. Azadsəs-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, hakimiyyət ticarət və əyləncə mərkəzlərinin yerləşdiyi Kozuey-bey rayonunda yürüşkeçirilməsinə icazə verib. Aksiya BMT Baş Assambleyasının qətnaməsinə uyğun olaraq hər il qeyd edilən 10 Dekabr İnsan Hüquqları Gününə həsr edilib. İnsan Hüquqları Uğrunda Vətəndaş Cəbhəsinin təşkil etdiyi aksiyada demokratik islahatların keçirilməsi, gözyaşardıcı qazın tətbiqinin dayandırılması, aksiyalarda yol verilən polis zorakılığının araşdırılması tələbləri irəli sürülür. Aksiya iştirakçılarının bəzilərinin əllərində ABŞ bayraqları var. üquq mühafizə orqanları yürüş təşkilatçılarına aksiyanın dinc şəraitdə, təxribatlara yol verilmədən keçirilməli olduğu barədə xəbərdarlıq edib. Aksiya yerli vaxtla saat 22.00-dan gec olmayaraqbaşa çatmalıdır. Honkonq polis komissarı Kris Tan deyib ki, yürüş iştirakçılarının dinc aksiya keçirməyə qadir olduqlarını şəhər əhalisinə və bütün dünyaya nümayiş etdirəcəklərinə ümid edirlər. Qeyd edək ki, Honkonqda etiraz aksiyaları iyunda başlayıb və artıq 6 aydır ki, davam edir. Muxtariyyət hökumətinin qanunları pozmaqda şübhəli sayılanları və cinayətkarları Çin hakimiyyətinə təhvil vermək niyyəti Böyük Britaniyanın hakimiyyəti altında olmuş Honkonqda 1997-ci ildən sonra ən böyük kütləvi aksiyaların başlaması ilə nəticələnib. 1997-ci ildə Honkonqun geri qaytarılması müqabilində Çin bu ərazidə ən azı 50 il ərzində insan hüquqlarının, KİV azadlığının qorunacağı vədini verib. Müxalifət isəmuxtariyyət hökumətini "bir ölkə, iki sistem" prinsipini pozmaqda ittiham edir. İyulun əvvəlində Honkonq administrasiyasının rəhbəri Kerri Lam Çinə ekstradisiya ilə bağlı qanun layihəsinin gündəlikdən çıxarıldığını bəyan etməsinə baxmayaraq, aksiyaçıların qanun layihəsinin parlamentdən təcili geri götürülməsi barədə tələbini uzun müddət yerinə yetirməyib. Nəhayət, sentyabrın 4-də qanun layihəsi parlamentdən geri götürülüb. Ancaq bu da aksiyaları dayandırmayıb. Davam edən aksiyalar zaman-zaman zorakılıq müstəvisinə də keçir. Son 3 həftədə isə Honkonqda vəziyyət ümumilikdə stabilləşib. Вернуться назад |