Главная > Siyasət > Bu şəhərdə xəstələrin qonşu rayonlara getməsi problemi araşdırılır

Bu şəhərdə xəstələrin qonşu rayonlara getməsi problemi araşdırılır


29-10-2019, 16:58. Разместил: azadses
                                            İcra Hakimiyyətində cari ilin 9 ayı ərzində sosial iqtisadi inkişafın yekunları müzakirə edilib
Quba İcra Hakimiyyətində xəstələrin qonşu rayonların tibb ocaqlarına getməsi problemi gündəmə gəlib.   
İstiPress-in şimal bürosunun məlumatına görə, Quba icra hakimiyyətində cari  ilin 9 ayı ərzində sosial iqtisadi inkişafın yekunları  və qarşıda duran vəzifələrə həsr olunmuş  hesabat yığıncağında prioritet mövzular Prezident İlham Əliyevin hökumət nümayəndələri ilə keçirdiyi son müşavirədə sahibkarlara və məmurlara xitabən səsləndirdiyi fikirlərə əsaslanıb. 


                                          Rayonun icra başçısı Ziyəddin Əliyev hesabat məruzəsində  görülən müsbət işlərlə yanaşı bəzi dövlət və xidmət təşkilatlarının rəhbərlərinə öz iradını çatdırıb və səslənən nöqsanların aradan qaldırılmasını vacib sayıb. Rayon rəhbərinin Quba şəhərindəki müalicə diaqnostika mərkəzinin baş həkimi Səməd Məmmədova iradı diqqət çəkib. Baş həkimə dövlət səhiyyə müəssisəsində qoyulan qayda-qanuna əməl edilməməsi, müraciət edən xəstələrin buradakı qeyri-şəffaflıq ucbatından  qonşu rayonların tibb ocaqlarına üz tutması irad tutulub və ona əhalunin incidilməsi hallarının aradan qaldırılması tövsiyə edilib.
Quba müalicə diaqnostika mərkəzinin baş həkimi Səməd Məmmədov İstiPress-ə müsahibəsində rəhbərlik etdiyi mərkəz barədə səslənən fikirlərə münasibət bildirib: "Yığncaqda müxtəlif qurumlara, bələdiyyələrə irad bildirilib. Hər kəs nəticə çıxarmalıdır, biz də nəticə çıxaracağıq. Problem araşdırılır".

Вернуться назад