Главная > Siyasət > Baş redaktordan Ramiz Mehidyevə sərt CAVAB: “Bu vəziyyəti siz yaratmısınız!”
Baş redaktordan Ramiz Mehidyevə sərt CAVAB: “Bu vəziyyəti siz yaratmısınız!”2-09-2020, 09:16. Разместил: azadses |
![]() Modern.az xəbər verir ki. Bu fikirləri “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı Prezident Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyevin növbəti ittiham dolu yazısına cavab olaraq bildirib. A.Aşırlı xatırladıb ki, ölkədə kifayət qədər nüfuzlu mətbuat da, jurnalistlər də vardı, cəmiyyəti də arxasınca aparmağı bacarır, dövlətə qarşı təhlükələri dəf edirdi. “Amma bu sizə sərf etmədi, üzərinizdə və qanunsuz əməlləriniz qarşısında güclü ictimai nəzarət institutunun varlığını istəmədiniz”,-deyə baş redaktor AMEA-nın hazırkı prezidentini ittiham edib. A.Aşırlı qeyd edib ki, vaxtilə müstəqil qəzetlər məhkəmələrə cəkildi, cərmələndi, ölkəni tərk etməyə məcbur qalan jurnalistlər son nəticədə mühacir söyüşcül bir zümrəyə cevrildi. “Yazırsız ki, Administrasiyaya rəhbərlik dövründə bu cür mətbuatla barışmamışam, baş redaktorlarla görüşümdə açıq iradlarımı demişəm. Bilmirəm hansı görüşünüzdə demisiz, şənbə günləri yığdığınız dövlət qəzetlərinin rəhbərlərinəmi? Ramiz müəllim, Sizin mətbuatla bağlı kecirdiyiniz 2 görüşdə mən də olmuşam. Görüşünüzün biri Avropa oyunları ərəfəsində bəzi beynəlxalq qurumların informasiya hücümlarına cavab taktikası ilə bağlı olub. Onda kicik replikalarınız, müdaxilənizdən başqa bir dəyərli fikir, arqument səsləndirmədiniz. 2-ci görüşünüz səhv etmirəmsə, ölkənin bütün media quruluşlarının iştirakı ilə 2015 - ci ildə Qarabağda erməni təxribatı və Azərbaycan mediasında informasiya təhlükəsizliyi ilə bağlı idi. Onda da əlinizdə hazır tutub kağızlardan oxuduğunuz informasiya təhlükəsizliyi barədə nəzəri mülahizələr olub. Həqiqət istəyirsiz, onu da deyim, hec o məruzəni də düzgün oxuya bilmədiz. Sonda da söylədiz ki, qəbul imtahanlarından 700 bal toplayan abituriyentlərin sənədləri ilə tanış olursuz, jurnalistlər niyə tənqidə meyl göstərirlər, bu uşaqlardan niyə yazmırlar? İndi Sizi tənqid edən o qəzetlərdə sabah səhifə-səhifə o abituriyentlərdən yazılar getdi. Ramiz müəllim, cox yazmaq istəmirəm. Deyirsiz ki , məni Rusyapərəstlikdə ittiham edirlər, cünki sizin 30 illik fəaliyyətinizin ana xəttini milli ideologiya axtarışları yox, bu xətt təşkil edib, bunu az - cox dünyagörüşü, savadı, biliyi, analiz qabiliyyəti olanlar bilir. Ətrafınıza yığdığınız alim titullular da sizin tezislər əsasında bu ideologiyaya xidmət edib. İnciməyin!”. Вернуться назад |