Главная > Siyasət > Poroşenko Ukraynaya Rusiya ilə sərhəddə divar tikməyi təklif edib

Poroşenko Ukraynaya Rusiya ilə sərhəddə divar tikməyi təklif edib


7-12-2019, 16:16. Разместил: azadses
Ukrayna Donbasla deyil, Rusiya ilə sərhəddə divar tikməlidir.
Azadsəs Lenta.ru-ya istinadən xəbərverir ki bu barədə “Pryamoy” telekanalının efirində Ukraynanın sabiq prezidenti Petro Poroşenko bəyan edib. O,  cari dövlət başçısının müşaviri Andrey Yermakın Donbasla sərhəddə  divar tikmək planları barədə bəyanata şərh verərkən bildirib.“Nə divar? Ukrayna  öz ərazilərindən imtina edir?  Divarı Rusiya ilə sərhəddə tikin, o sizə lazım olacaq”, - deyə Poroşenko bəyan edib.
Bundan əvvəl  Yerman Londonda forum zamanı bəyan etmişdi ki, Rusiya Ukrayna hökuməti ilə danışmaq istəmirsə, Kiyev divar tikəcək  və həyat öz axarı ilə davam edəcək. Onun sözlərinə görə, Ukrayna donmuş münaqişə  ssenarisi ilə yaşayacaq.
Вернуться назад