Главная > Siyasət / Manset > Parlament seçkisinin təqvim planı hazırdır

Parlament seçkisinin təqvim planı hazırdır


7-12-2019, 10:59. Разместил: azadses
Sabahdan sonra plan rəsmi status alacaq
“Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında növbədənkənar parlament seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planı təsdiq ediləcək”. Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
O bildirib ki, təqvim planı artıq hazırdır. Dekabrın 8-də təqvim planı dövri nəşrlərdə dərc olunduqdan sonra artıq rəsmi status alacaq. Bundan sonra da bütün fəaliyyətlər sistemli şəkildə həyata keçiriləcək.
Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri 2020-ci il fevralın 9-da keçiriləcək.




Вернуться назад