Главная > Siyasət > Ötən il Azərbaycanda övladlığa götürülmüş uşaqlarla bağlı 1241 monitorinq keçirilib

Ötən il Azərbaycanda övladlığa götürülmüş uşaqlarla bağlı 1241 monitorinq keçirilib


Dünən, 11:19. Разместил: azadses
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycanda övladlığa götürülmüş uşaqların həyat şəraiti ilə bağlı 1241, əcnəbilər tərəfindən övladlığa götürülmüş uşaqların həyat şəraiti ilə bağlı 24 və himayədar ailələrə verilmiş uşaqlarla bağlı 231 monitorinq aparılıb.

"Report" xəbər verir ki, bu, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında öz əksini tapıb.

Sənəd parlamentin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.

İllik məlumatda qeyd edilib ki, Sosial Xidmətlər Agentliyi ilə birgə “Regional İnkişaf” İctimai Birliyi tərəfindən “Küçə mühitində olan uşaqlarla iş sahəsində aidiyyəti qurumlar arasında fəaliyyət mexanizminin inkişafı” layihəsi çərçivəsində Daxili İşlər, Elm və Təhsil nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, TƏBİB, yerli icra hakimiyyətləri və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə görüşlər keçirilib.

Davamlı olaraq aparılan monitorinqlərlə aşkarlanmış 100 küçə uşağından 86-nın ailəsinə səfər edilmiş, baxımsız vəziyyətdə olan 5 uşaq Agentliyin sığınacağına, 1 uşaq körpələr evinə yerləşdirilib.

Sənəddə vurğulanıb ki, 30 uşağın şəxsiyyətini təsdiq edən sənədlərin alınmasına dəstək verilib, təhsildən yayınan uşaqlar Elm və Təhsil Nazirliyinə, sağlamlıq problemləri ilə əlaqədar isə TƏBİB-ə yönləndirilib.

İnsan alverinə qarşı mübarizədə iştirak edən ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının maliyyə təminatının artırılması da diqqətdə olmaqla bu məqsədlə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən elan edilmiş qrant müsabiqəsi çərçivəsində 10 müvafiq təşkilata 140.500 manat vəsait ayrılıb, həmçinin insan alveri cinayətlərinin qurbanı olmuş şəxslərin sosial reabilitasiyasına, sığınacaqda saxlanılmasına və onlara birdəfəlik müavinətlərin verilməsinə Daxili İşlər Nazirliyi tərəfindən 59.786 manat xərclənib.


Вернуться назад