Главная > Siyasət > Azərbaycan ICD ilə islam maliyyəsi alətlərinin tətbiqini müzakirə edib
Azərbaycan ICD ilə islam maliyyəsi alətlərinin tətbiqini müzakirə edibBu gün, 14:53. Разместил: azadses |
Azərbaycan və Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) arasında ölkədə islam maliyyəsi alətlərinin tətbiqi və onun maliyyələşmə mənbələrinin diversifikasiyasındakı rolu müzakirə edilib. "Report" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Məlumata görə, müzakirələr qurumun sədr müavini Əli Əhmədovun ICD-nin baş investisiya direktoru və bankçılıq departamentinin baş meneceri Bahaaledin Kirimlinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə baş tutub. Görüşdə əməkdaşlıq perspektivləri də müzakirə olunub. Вернуться назад |