Главная > Siyasət > Fariz Cəfərov: Azərbaycanda hökumətin işində müasir texnologiyaların daha aktiv tətbiqi planlaşdırılır

Fariz Cəfərov: Azərbaycanda hökumətin işində müasir texnologiyaların daha aktiv tətbiqi planlaşdırılır


15-03-2025, 12:07. Разместил: azadses
Azərbaycanda yaxın gələcəkdə hökumətin gündəlik fəaliyyətində, o cümlədən hesabatların təhlili, strateji məqsəd və layihələrin hazırlanması, həmçinin cari iqtisadi vəziyyətin və digər istiqamətlərin monitorinqi sahəsində müasir texnologiyaların tətbiqi planlaşdırılır.

“Report” xəbər verir ki, bu barədə XII Qlobal Bakı Forumunun panel müzakirəsində İqtisadiyyat Nazirliyi yanında Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov bildirib.

"Texnologiyaların tətbiq sahəsi son dərəcə genişdir. Azərbaycanda Dünya İqtisadi Forumunun IV Sənaye İnqilabı Mərkəzinin təşkilatçılarından biri olaraq, dünyanın 21 analoji mərkəzi ilə fəal əməkdaşlıq edirik. Biz hər gün beynəlxalq təcrübəni öyrənir, innovasiyaların tətbiqi ilə bağlı uğurlu halları təhlil edir və onların xüsusilə iqtisadiyyat sahəsində şəraitimizə uyğunlaşdırılması yollarını axtarırıq", - o qeyd edib.


Вернуться назад