Главная > Siyasət > Putinin ən yaxın adamı Bakıya gəlir

Putinin ən yaxın adamı Bakıya gəlir


29-10-2019, 15:41. Разместил: azadses
                                             MDB ölkələrinin müdafiə nazirləri sabah toplaşacaqlar
Oktyabrın 30-da Bakıda Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının iclası keçiriləcək. Şura üzvləri MDB ölkələrinin 2025-ci ilədək hərbi əməkdaşlıq Konsepsiyalarını və MDB üzvü olan dövlətlərin Müdafiə nazirliklərinin 2025-ci ilədək radiasiya, kimyəvi və bioloji vəziyyətə dair birgə monitorinq və qiymətləndirmə sisteminin hazırlanmasına dair əsas istiqamətləri nəzərdən keçirəcək.
Birlik ölkələrinin 2019-cu ildə hərbi əməkdaşlığının inkişafının nəticələrinin yekunları müzakirə ediləcək və MDB Müdafiə Nazirləri Şurasının 2020-ci il üçün İş Planı açıqlanacaq. İclasda bir sıra maliyyə, kadr və təşkilati məsələlərə də baxılacaq.
Tədbirdə Azərbaycan Müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Rusiya Federasiyasının Müdafiə naziri, ordu generalı Sergey Şoyqu, Belarus Respublikasının Müdafiə naziri, general-leytenant Andrey Ravkov, Qazaxıstan Respublikasının Müdafiə naziri, general-mayor Nurlan Yermekbayev, Özbəkistan Respublikasının Müdafiə naziri, general-mayor Bahodir Kurbanov, Tacikistan Respublikasının Müdafiə naziri, general-polkovnik Mirzo Şerali və Qırğızıstan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Rayimberdi Duyşenbiyev iştirak edəcəklər.



Вернуться назад