Главная > Siyasət > Lalə Şövkətin səhhətində ciddi problem yaranıb
Lalə Şövkətin səhhətində ciddi problem yaranıb20-08-2020, 18:33. Разместил: azadses |
Azərbaycan Liberal Partiyasının lideri, professor Lalə Şövkətin səhhətində ciddi problemlər yaranıb. Azad Səs AZXEBER.COM-a istinadən xəbər verir ki, bu haqda partiyanın sədri Əvəz Temirxan məlumat verib. O deyib ki, Lalə Şövkət ciddi cərrahiyyə əməliyyatı ərəfəsindədir. Partiya sədri qeyd edib: "Biz hamımız bu günlərdə Allaha dua edirik ki, bu çətin sınaqdan uğurla keçsin. Biz, Liberal Partiyanın üzvləri Lalə Şövkət xanıma ancaq lider kimi yox, həm Ana kimi baxırıq, ona görə sevgimiz və bağlılığımız çox güclüdür. Allah onu bizə bağışlasın”. Вернуться назад |