Главная > Siyasət > Putin və Ərdoğan telefonla danışdı

Putin və Ərdoğan telefonla danışdı


17-08-2020, 14:27. Разместил: azadses
Rusiya prezidentləri Vladimir Putin ilə Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, liderlər Suriya və Liviyadakı vəziyyəti müzakirə ediblər.
“Rusiya dövlət başçısı Vladimir Putin ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub. Əsas diqqət Liviya böhranı ilə bağlı problemlərə yönəldilib. Düşmən tərəflərin davamlı atəşkəs istiqamətində real addımlar atmasının və Berlin Konfransı qərarlarına və BMT Təhlükəsizlik Şurasının 2510 saylı Qətnaməsinə uyğun olaraq birbaşa danışıqların başlamasının zərurəti qeyd olunub”,- deyə məlumatda vurğulanıb.


Вернуться назад