Главная > Siyasət > TANAP-ın açılışı oldu, prezident çıxış edib YENİLƏNİB II, VİDEO

TANAP-ın açılışı oldu, prezident çıxış edib YENİLƏNİB II, VİDEO


1-12-2019, 18:18. Разместил: azadses
"Bir-birimizə güvənirik, qardaşlığımız günü-gündən böyüyür"
Azərbaycan prezidenti İlham Əliyev dəvət üçün  R.T.Ərdoğana təşəkkür edib. "Qardaş Türkiyə torpaqlarında olmaqdan məmnunam. Birlikdə başladığımız TANAP layihəsi Avropaya çatdı. Bu xəttin ömrü uzun olacaq, onun fayda verəcəyinə inanıram. Layihənin həyata keçməsi Türkiyə və Azərbaycanın siyasi iradəsinin nəticəsidir. Enerji layihələri qarşılıqsız dəstək olmazsa həyata keçirilə bilməz". 
Dövlət başçısı qeyd edib ki, bu gün dünyada Türkiyə ilə Azərbaycan qədər qədər yaxın olan başqa ölkə tanımır. "Bir-birimizə güvənirik. Qardaşlığımız günü-gündən böyüyür. Ortaq sərmayələr xalqların rifahını yüksəldir. 
Türkiyənin gücü bizim gücümüzdür. Yaşasın Türkiyə və Azərbaycan dostluğu, qardaşlığı".
İ.Əliyevdən sonra səhnəyə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxıb.Türkiyənin Ədirnə vilayətində TANAP layihəsinin Avropa ilə birləşəcək hissəsinin açılış mərasimi keçirilir. Açılış İpsala qəsəbəsində başlayıb. 
Prezident İlham Əliyev mərasimdə iştirak edir. Dövlət başçısı mərasimdə çıxış edib.



Вернуться назад