Главная > Siyasət > Oqtay Şirəliyev Kubadan gələn tibb heyəti ilə görüşüb
Oqtay Şirəliyev Kubadan gələn tibb heyəti ilə görüşüb14-08-2020, 15:39. Разместил: azadses |
Səhiyyə naziri Oqtay Şirəliyev Kubanın Azərbaycandakı səfiri Alfredo Fidel Nieves Portuondo və COVID-19 pandemiyası ilə mübarizəyə dəstək məqsədi ilə Kubadan gələn tibb heyətinin rəhbəri professor Dalsy Torres Avilla ilə görüşüb. Bu barədə "Report"a Səhiyyə Nazirliyindən məlumat verilib. Toplantını giriş sözü ilə açan Səhiyyə Naziri Oqtay Şirəliyev Azərbaycanın COVID-19 pandemiyası ilə mübarizə və müalicə üsullarından danışaraq ölkədəki səhiyyə vəziyyəti haqqında məlumat verib və bildirib ki, bu sahədə əldə olunan nailiyyətlər ölkə başçısı İlham Əliyevin səhiyyənin inkişafına göstərdiyi diqqət və qayğının nəticəsidir. Nazir çıxışında kubalı həkimlərin müalicə üsulları və istifadə olunan dərman vasitələri ilə bağlı müsbət nəticələrin əldə olunduğunu xüsusilə vurğulayıb. Heyətin rəhbəri, professor Dalsy Torres Avilla çıxışı zamanı Azərbaycanda xəstəxana-müalicə infrasturukturunun yaradılmasından danışıb. Heyət rəhbəri bildirdi ki, həkim və orta tibb işçisi potensiyalının kifayət qədər olması təqdirəlayiq haldır. Bunun da yalnız koronavirus xəstələrinin deyil, digər xəstəliklərin də müalicəsinə böyük təsiri olduğunu bildirib və kubalı həkimlərinin ixtiralarının koronavirus infeksiyasının müalicəsində effektiv təsirlərinin olduğunu vurğulayıb. Xoş və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə səhiyyənin digər sahələrində də gələcəkdə əməkdaşlığın məqsədyönlüyüyü vurğulanıb. Вернуться назад |