Главная > Siyasət > Yeni Ombudsmanımız kimdir?
Yeni Ombudsmanımız kimdir?29-11-2019, 12:09. Разместил: azadses |
Elmira Süleymanovanı Səbinə Əliyeva əvəz edəcək Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə yeni Müvəkkili (Ombudsman) məlum olub. Milli Məclisin bu gün keçirilən plenar iclasında Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin müavini Səbinə Əliyeva yeni Ombudsman seçilib. Onun namizədliyinin lehinə 104 deputat səs verib. S.Əliyeva Ombudsman kimi deputatlar qarşısında and içib. Xatırladaq ki, Ombudsman vəzifəsinə üç nəfərin - Bakı Apellyasiya Məhkəməsinin sədr müavini Kəmalə Abıyeva, Ali Məhkəmənin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kəmalə Əliyeva və Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin müavini Səbinə Əliyevanın namizədliyi irəli sürülmüşdü. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili vəzifəsini 82 yaşlı Elmira Süleymanova icra edir. E.Süleymanova 2002-ci ildən Ombudsmandır. Onun Ombudsman kimi səlahiyyət müddəti 2017-ci il martın 5-də bitib. Hüquq üzrə fəlsəfə doktoru olan S.Əliyeva Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlarla iş komitəsinin sədri Siyavuş Novruzovun həyat yoldaşıdır. Вернуться назад |