Главная > Siyasət > "Mən heç bir cəfəngiyyata inanan adam deyiləm" - Ziya Məmmədov Ramiz Mehdiyevin müdafiəsinə qalxdı

"Mən heç bir cəfəngiyyata inanan adam deyiləm" - Ziya Məmmədov Ramiz Mehdiyevin müdafiəsinə qalxdı


11-08-2020, 14:54. Разместил: azadses
Sabiq Nəqliyyat naziri Ziya Məmmədov Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin müdafiəsinə qalxıb.
 
Pravda.az-ın xəbərinə görə, Ziya Məmmədov bildirib ki, akademik R.Mehdiyev haqqında yazılanlar sifarişlidir: "Bəzi şəxslər Ramiz müəllim haqqında etikadan kənar yazılar yazdırırlar. Ölkə başçısı Ramiz Mehdiyevi uzun müddət dövlətçiliyin fəaliyyətinə göstərdiyi xidmətə görə, onu "Heydər Əliyev "ordeni ilə təltif etdi. Bu, məncə artıq bütün sualların cavabıdır. İşlədiyim bütün dövrlərdə demişəm, indi də deyirəm ki, mən heç bir cəfəngiyyata inanan adam deyiləm. Onu yazdıranların və yazanların da hamısı qaraniyyətli adamlardır".Unikal

Вернуться назад