Главная > Siyasət > Bakıda NATO - Rusiya görüşü keçiriləcək

Bakıda NATO - Rusiya görüşü keçiriləcək


26-11-2019, 19:08. Разместил: azadses
Viasiya Baş Marşalı ser Stüart Piiç bildirib
Bakıda NATO-nun Hərbi Komitəsinin sədri, Aviasiya Baş Marşalı ser Stüart Piiçlə Rusiyanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında görüş keçiriləcək.
Azadses-in məlumatına görə, bunu noyabrın 26-da Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənovla görüşdə NATO-nun Hərbi Komitəsinin sədri, Aviasiya Baş Marşalı ser Stüart Piiç bildirib.
O, Bakıda Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşün keçirilməsi üçün yaradılan şəraitə görə Azərbaycan dövlətinin rəhbərliyinə minnətdarlığını bildirib.
Вернуться назад