Главная > Siyasət > Mövlud Çavuşoğlu: “Rusiyadan qaz alsaq da, Krımın ilhaqını tanımırıq”

Mövlud Çavuşoğlu: “Rusiyadan qaz alsaq da, Krımın ilhaqını tanımırıq”


11-05-2023, 16:25. Разместил: azadses
“Rusiyadan qaz alsaq da, Moskvanın Ukraynanın Krım bölgəsini ilhaq etməsini tanımırıq”.

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “A Haber”ə müsahibəsində deyib.

O bildirib ki, rəsmi Ankara Rusiya-Ukrayna müharibəsinin bitməsində maraqlıdır: “Rusiyanı da tənqid edirik. Biz soyuqqanlı, balanslı siyasət yürüdürük. Buna görə də dünyada nüfuz qazanmışıq. İndi Qərbin istəyi ilə bu mövqeyimizi itirməliyikmi?!”.

Qeyd edək ki, Rusiya 2014-cü ildə Krımı ilhaq edib.

Rusiya Prezidenti 2022-ci ilin 22 fevralında Donetsk və Luqanskın müstəqilliyini tanıdığını bəyan edib. Bundan sonra, fevralın 24-də Rusiya Ukraynaya hərbi müdaxilə etməyə başlayıb. Rusiya Prezidenti bunu “xüsusi hərbi əməliyyat” adı altında rəsmiləşdirib.


Вернуться назад