Главная > Siyasət > Komitə sədri: “Azərbaycanda işgüzar fəallıq zəifləyib”
Komitə sədri: “Azərbaycanda işgüzar fəallıq zəifləyib”5-08-2020, 10:46. Разместил: azadses |
“Koronavirus pandemiyası Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib, ölkəmizin xarici valyuta daxilolmalarının kəskin azalmasına və tədiyyə balansının pisləşməsinə səbəb olub. Cari ilin mart ayından başlayaraq COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi və sosial təcrid tədbirləri ölkədə işgüzar fəallığın və artım sürətinin zəifləməsinə səbəb olub, iqtisadiyyatın əksər sahələrinin inkişafına mənfi təsir göstərib”. Azad Səs xəbər verir ki, bunu Milli Məclisin iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili 2020-ci ilin dövlət büdcəsinə dəyişiklik layihəsi barədə danışarkən deyib. O bildirib ki, ölkədə iqtisadi aktivliyin zəifləməsi nəticəsində qeyri-neft gəlirlərinin azalması və digər maliyyələşmə mənbələrinin daralması dövlət büdcəsinin icrasında ahəngdarlığın, habelə onun gəlirləri və xərcləri arasında tarazlığın pozulması təhlükəsini yaradıb. “Belə ki, cari ilin ilk altı ayında ötən ilin eyni dövrü ilə müqayisədə ümumi daxili məhsulun həcmi real ifadədə 2,7 faiz, o cümlədən, qeyri neft-qaz ümumi daxili məhsulun həcmi 2,5 faiz, əsas kapitala yönəldilmiş vəsaitin həcmi 2,7 faiz, o cümlədən, qeyri neft–qaz sektoru üzrə 15,5 faiz azalıb. Kənd təsərrüfatı, informasiya və rabitə sahələri istisna olmaqla, ümumi daxili məhsulun strukturuna daxil olan digər sahələr üzrə azalma müşahidə olunub”, - deyə T.Mirkişili əlavə edib. Deputat söyləyib ki, 2020-ci ilin 1 iyul tarixinə ölkənin valyuta ehtiyatları 51,1 milyard ABŞ dollarına bərabər olub. Вернуться назад |