Главная > Siyasət > Nazirlik Kəmaləddin Heydərovun şirkətini məhkəməyə verdi
Nazirlik Kəmaləddin Heydərovun şirkətini məhkəməyə verdi21-11-2019, 23:08. Разместил: azadses |
Ekologiya və Təbii Sərvətlər Nazirlliyi Xəzər dənizini çirkləndirən şirkət və istirahət mərkəzlərini məhkəməyə verib. Azadses BAKU.WS-ə istinadən xəbər verir ki nazirlik Xəzərin çirkləndirilməsindən məsuliyyət daşıyanların qanun çərçivəsində cəzalandırılmasını tələb edir. Nazirliyin "qara siyahı"sına düşən istirahət mərkəzlərindən biri də “Jalə”dir. Qeyd edək ki, “Jalə” istirahət mərkəzi “Gilan Holding” Məhdud Məsuliyyətli Cəmiyyətinin tərkibinə daxildir. Nazirlik məhkəmədə iddia qaldırıb ki, “Jalə” istirahət mərkəzi vurduğu ziyana görə cərimələnsin və fəaliyyətini dayandırsın. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, dünən məhkəmə keçirilib. İşə hakim Vəfa Əzizovanın sədrliyi ilə baxılıb və dünən qərar elan olunub. Qərarda qeyd olunub ki, iddia ərizəsi noyabrın 13-də daxil olub. Lakin qanunvericiliyə görə, iqtisadi mübahisələr üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. Buna görə də məhkəmə nazirliyin sənədlərini geri qaytarıb və əlavə olunub ki, iddia ərizəsi elektron qaydada verildikdə, məhkəmədə baxılması mümkün olacaq. Xatırladaq ki, bir müddət əvvəl Ətraf Mühitin Mühafizəsi Departamentinin və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən Xəzər dənizinin sahil zolağında və çimərliklərdə məişət tullantılarının atılması, qalaqlanması, çirkab suların dənizə axıdılması hallarının qarşısının alınması məqsədilə birgə reyd keçirilib. Reyd zamanı Xaçmaz rayonu Müqtədir-Nabran zonasında fəaliyyət göstərən istirahət mərkəzlərində, ictimai-iaşə obyektlərində formalaşan məişət tullantılarının və çirkab suların qanunvericiliyə uyğun qaydada idarə olunmadığı müəyyən edilib. “Bulaq”, “Üç qardaş”, “Green ville”, “Panorama”, “Əlincə”, “Raduqa”, “Çıraq qala” və “Venesiya” istirahət mərkəzlərində əmələ gələn məişət tullantılarının ərazidə qalaqlanması, “Təbib”, “Sunset”, “Elay”, “Jalə” istirahət mərkəzlərində və “Panorama” restoranında formalaşan məişət-çirkab suların təmizlənmədən birbaşa Xəzər dənizinə axıdılması faktları aşkar olunub. Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və onlar İnzibati Xətalar Məcəlləsinə əsasən ümumilikdə 9400 manat məbləğində cərimə ediliblər. Nöqsanların aradan qaldırılması məqsədilə obyekt sahiblərinə icrası məcburi olan müddətli “məcburi göstəriş”lər verilib. Вернуться назад |