Главная > Siyasət / Manset > Paşinyan: “Praqada İlham Əliyevlə görüşəcəyəm”

Paşinyan: “Praqada İlham Əliyevlə görüşəcəyəm”


5-10-2022, 22:08. Разместил: admin
Ermənistanın baş naziri Nikol Paşinyan Praqada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşlər keçirəcək.

Bununla bağlı Paşinyan bu gün Ermənistan parlamentinin iclasında məlumat verib.

O bildirib ki, İlham Əliyevlə görüş dördtərəfli formatda baş tutacaq:

“Görüşdə Fransa Prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel də iştirak edəcək. Görüş Avropa Siyasi Birliyi liderlərinin sammiti çərçivəsində baş tutacaq”.
Вернуться назад