Главная > Siyasət / Manset > Putinlə Ərdoğan Səmərqənddə Rusiya qazının nəqlini müzakirə edəcəklər
Putinlə Ərdoğan Səmərqənddə Rusiya qazının nəqlini müzakirə edəcəklər15-09-2022, 12:38. Разместил: admin |
Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Özbəkistanın Səmərqənd şəhərindəki görüşdə Rusiya qazının tədarükü mövzusunu müzakirə edəcəklər. Ankaradan olan diplomatik mənbənin məlumatına görə, qaz məsələsi, xüsusən də milli valyuta ilə ödəniş haqqında müqavilənin detalları gündəmdə olacaq. Bundan əvvəl iki ölkə prezidentləri Rusiyadan Türkiyəyə qaz nəqlinin qismən rublla ödənilməsi barədə razılığa gəliblər. Rusiya yanacağının türk lirəsi ilə ödənilməsi variantı da müzakirə olunur. Xatırladaq ki, Şanxay Əməkdaşlıq Təşkilatının sentyabrın 15-16-da Səmərqənddə keçiriləcək sammitində Putin və Ərdoğan Ermənistan və Azərbaycan sərhədindəki vəziyyəti də müzakirə etmək niyyətindədirlər. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, iki ölkə başçıları arasında danışıqların mövzuları həmçinin taxıl müqaviləsi və Rusiyadan ərzaq tədarükü olacaq. Вернуться назад |