Главная > Siyasət > İlqar Məmmədov Erkin Qədirlinin müdafiəsinə qalxdı

İlqar Məmmədov Erkin Qədirlinin müdafiəsinə qalxdı


1-08-2020, 14:55. Разместил: azadses
"Erkin düzgün eləmədi, amma yaxşı elədi..."
ReAL partiyasının sədri İlqar Məmmədov deputat Erkin Qədirlinin maliyyə hesabatı ilə bağlı yazdığına münasibət bildirib.
Azad Səs Musavat.com-a istinadən xəbər verir ki, İ.Məmmədov deputatın bu davranışının ümumi reaksiyalara adekvat olduğunu bildirib: "Erkin Qədirlinin üstünə kimlərsə səviyyəsizcə gedəndə ki, qayda qanun çərçivəsində, özü də ki, tənqid etdiyin qayda-qanun çərçivəsində qazandığın 549 manatın hesabatını ver, Qədirli çıxarıb 20 minin hesabatını ortaya qoydu. Düzgün eləmədi, amma yaxşı elədi. Düzgün eləmədi, çünki sənin qanun çərçivəsində olan qazancın necə xərclənir - bunun heç kimə heç bir dəxli yoxdur. Nəyə görə yaxşı elədiyini isə yazmayacam, kobud çıxar".

Вернуться назад