Главная > Siyasət / Manset > NATO Şərqi Avropadakı hərbi gücünü artırır

NATO Şərqi Avropadakı hərbi gücünü artırır


15-08-2022, 18:23. Разместил: admin
NATO Şərqi Avropadakı hərbi mövcudluğunu gücləndirir.

Bu barədə ABŞ-ın Şimali Atlantika Alyansındakı missiyası “Twitter”də məlumat yayıb.

“NATO-nun şərq sərhədlərini qorumaq, müttəfiqləri gücləndirmək və düşmənləri çəkindirmək üçün Rumıniya, Bolqarıstan, Macarıstan və Slovakiyaya 2,4 minə yaxın əsgər göndəriləcək”, - məlumatda deyilir.

ABŞ Prezidenti Co Bayden NATO-nun Madriddə keçirilən sammitində (28-30 iyun) ABŞ-ın Avropadakı hərbi mövcudluğunun daha da artacağını açıqlayıb.
Вернуться назад