Главная > Siyasət / Manset > “İnsanlıq doldurulmuş silahla oynayır” - Quterriş

“İnsanlıq doldurulmuş silahla oynayır” - Quterriş


6-08-2022, 13:50. Разместил: admin

“Hazırda dünyada nüvə silahının tətbiqi təhlükəsi getdikcə daha da aktuallaşır”.

“Qafqazinfo” “UN News”a istinadən xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antoniu Quterriş Hiroşimada şəhərin ABŞ qoşunları tərəfindən atom bombalanmasının 77-ci ildönümünə həsr olunmuş çıxışında bildirib.

“İnsanlıq doldurulmuş silahla oynayır”, - o deyib.

Quterriş, həmçinin bəşəriyyətin Hiroşimanın bombalanmasından dərs alıb-almadığını sual edib.
Вернуться назад