Главная > Siyasət > Xələf Xələfov: Serbiya rəsmi araşdırmalara başlayıb və biz yekun izahat gözləyirik
Xələf Xələfov: Serbiya rəsmi araşdırmalara başlayıb və biz yekun izahat gözləyirik23-07-2020, 14:34. Разместил: azadses |
"Tovuz rayonunda baş verən erməni təxribatı zamanı Serbiya silahlarından istifadə olunması ilə bağlı müvafiq danışıqlar aparılıb. Serbiya dövləti bu məsələ ilə bağlı rəsmi araşdırmalara başlayıb və biz yekun izahat gözləyirik". Azad Səs-in məlumatına görə, bu sözləri iyulun 23-də Xarici İşlər Nazirliyində keçirilən brifinqdə Xarici İşlər nazirinin müavini Xələf Xələfov söyləyib. “Serbiya tərəfi bu məsələnin ciddiyyətini anlayır. Beynəlxalq hüquqda silah məsələsi ilə bağlı istehsalçı ölkə heç zaman məsuliyyətdaşıma mövqeyindən azad edilmir”, - nazir müavini vurğulayıb. Ermənistanda faşizmə xüsusi məhəbbətin olduğunu söyləyən nazir müavini deyib: “Onların həyata keçirdiyi siyasətdə faşizmin bütün elementlərinə rast gəlinir. Lakin, dünya artıq həqiqəti başa düşür və qəbul edir”. “Mən Serbiyanın müvəqqəti işlər vəkilini dəvət edəndə çox açıq surətdə dedim ki, bizdə tam müfəssəl, tam dəqiq məlumatlar var ki, bu, baş verib. İndi söz Serbiya tərəfindədir. Bunu araşdırmalıdır və bizə izahat verməlidir. Baş verməsi və nəticələri barəsində. Təbii ki, biz səfirliyimiz vasitəsilə təmasları davam etdiririk. Səfirimiz orada müəyyən görüşlər keçirib, artıq bizə müəyyən cavablar veriblər. Hazırda Serbiya tərəfində bu məsələnin rəsmi araşdırılması prosesi gedir. Biz gözləyirik ki, yaxın zamanda dövlət tərəfindən aparılan bu araşdırma başa çatacaq. Azərbaycan tərəfinə adekvat olan bir izahat verəcəkdir. Biz Serbiya tərəfindən həm izahat, həm də bu addımların atılmasına gətirib çıxaran səbəblərin aradan qaldırılmasını tələb etmişik", - nazir müavini deyib. Вернуться назад |