Главная > Siyasət / Manset > Putin Ukraynadakı müharibəni idarə etməyi başqa generala tapşırdı

Putin Ukraynadakı müharibəni idarə etməyi başqa generala tapşırdı


27-06-2022, 12:19. Разместил: admin
Ukraynada davam edən müharibəyə Rusiya Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəisi, general-polkovnik Gennadi Jidko rəhbərlik edir.

Bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu (ISW) məlumat yayıb.

Bildirilir ki, Rusiyanın müstəqil Ukrayna ərazisinə genişmiqyaslı hərbi müdaxiləsinin beşinci ayında müharibənin aparılmasına Cənub Hərbi Dairəsinin komandiri, ordu generalı Aleksandr Dvornikovun əvəzinə general-polkovnik Gennadi Jidko rəhbərlik edir.

Bundan əlavə, ISW-in məlumatına görə, Kreml Ukraynada müharibəni tam səfərbərlik olmadan davam etdirmək məqsədilə “gizli səfərbərlik” həyata keçirmək üçün Rusiya qanunları ilə manipulyasiya etməyə davam edir.
Вернуться назад