Главная > Siyasət > Putin Zelenski ilə görüşmək istəmir

Putin Zelenski ilə görüşmək istəmir


15-11-2019, 13:25. Разместил: azadses
"Bəzi həll yollarını tapmalıyıq"
Rusiya prezidenti Vladimir Putinin "Normand dördlüyü" sammitindən əvvəl Ukrayna lideri Vladimir Zelenski ilə görüşmək niyyəti yoxdur. Bu barədə Rusiya lideri özü açıqlama verib. 
Onun sözlərinə görə, danışıqlar nəticəsiz qala bilər. Nə Zelenski, nə də özü bunda maraqlı deyil. "Biz hansısa nəticələr çıxarmalıyıq. Zelenski ilə telefonla danışırıq, amma bəzi həll yollarını tapmalıyıq".
Putin deyib ki, "Normand formatı" çərçivəsində görüş mümkündür. Hazırda başqa bir mexanizm yoxdur, buna görə də Rusiya bu variantın qorunub saxlanılmasının tərəfdarıdır.
Вернуться назад