Главная > Siyasət > Moskvada Qələbə paradı keçirilir - CANLI

Moskvada Qələbə paradı keçirilir - CANLI


24-06-2020, 11:31. Разместил: azadses
Rusiyanın paytaxtı Moskva şəhərində Böyük Vətən Müharibəsində faşizm üzərində Qələbənin 75 illiyinə həsr edilən Qələbə paradı başlayıb.
Azad Səs-in məlumatına görə, parad ənənəvi olaraq Qırmızı meydanda keçirilir.
Budəfəki mərasim digərlərindən daha genişmiqyaslı olacaq. Belə ki, tədbirin ötən paradlardan 30 dəqiqə daha uzun sürəcəyi gözlənilir.
Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, paradda 10 ölkə rəhbəri iştirak edir. Bunlar Belarus Prezidenti Aleksandr Lukaşenko, Qazaxıstanın dövlət başçısı Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov, Moldova Prezidenti İqor Dodon, Bosniya və Herseqovina Rəyasət heyətinin üzvü Milorad Dodik, Serbiya Prezidenti Aleksandr Vuçiç, Tacikistan rəhbəri Emomali Rəhmon və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevdir.
Mərasimdə Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti qonaq qismində iştirak edir.
Paradda ölkəmizi Azərbaycan Ordusunun 75 hərbi qulluqçusundan ibarət heyəti təmsil edir. Paradda hərbçilərimizin Azərbaycan istehsalı olan silahlarla təntənəli keçidi olacaq.
Tanınmayan Abxaziya və Cənubi Osetiya “respublika”larının rəhbərləri də paradda iştirak edir.
Xatırladaq ki, Qələbə paradı koronovirus pandemiyasına görə mayın 9-dan iyunun 24-ə keçirilib. 1945-ci ildə Böyük Vətən müharibəsində Qələbədən sonra Qızıl meydanda məşhur parad da iyunun 24-də keçirilmişdi.
Onu da qeyd edək ki, Qələbə bayramı münasibətilə günün sonunda - Moskva vaxtı ilə saat 23:00-da Rusiya paytaxtında atəşfəşanlıq olacaq.



Вернуться назад