Главная > Siyasət > ABŞ-da Kolumbun heykəli söküldü

ABŞ-da Kolumbun heykəli söküldü


19-06-2020, 16:19. Разместил: azadses
ABŞ-ın Kaliforniya ştatının San-Fransisko şəhərində Amerika qitəsini kəşf edən Xristofor Kolumba qoyulan heykəl götürülüb.
Azad Səs-in məlumatına görə, etirazçıların hədəfinə çevrilən iki tonluq heykəl şəhər bələdiyyəsi tərəfindən sökülüb. Şəhər rəsmisi Katrin Stefani verdiyi açıqlamada abidənin ölkə tarixinin ağrılı təməllərini simvolizə etdiyini deyib.
Qeyd edək ki, keçən həftə Bostonda Kolumba qoyulan heykəlin başı kəsilmiş, Virciniyada isə heykəl gölə atılmışdı.
Heykəllərə qarşı vandallıq aksiyaları amerikalı zənci Corc Floydun polis zorakılığı nəticəsində öldürülməsindən sonra baş vermişdi. 

Вернуться назад