Главная > Siyasət > ABŞ-ın anasını söymüş Xruşşovun oğlu ABŞ-da vəfat etdi
ABŞ-ın anasını söymüş Xruşşovun oğlu ABŞ-da vəfat etdi19-06-2020, 15:56. Разместил: azadses |
Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi olmuş Nikita Xruşşovun oğlu Sergey Xruşşov 84 yaşında ABŞ-da vəfat edib. Azad Səs-in məlumatına görə, bu barədə SSRİ-nin keçmiş rəhbərinin nəvəsi – Nina Xruşşova məlumat verib. Nikita Xruşşov tarixə BMT kürsüsündən ayaqqabısını tribunaya çırparaq ABŞ-a ana söyüşü etməsi ilə düşüb. Hadisə 12 oktyabr 1960-cı ildə Nyu-Yorkda BMT Baş Assambleyasında olmuşdu. Düzdür, ruslar iddia edir ki, "Assoşieyted Press" 23 sentyabrda çəkdiyi görüntüləri montaj edib və dünyaya yayıb, amma fakt budur ki, bunu isbat edə bilmirlər. S.Xruşşovun ölümünün səbəbləri açıqlanmır. Sergey Xruşşov 1935-ci ildə Moskvada anadan olub. Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülüb. 1991-ci ildə ABŞ-a köçüb. Braun Universitetində “soyuq müharibə”nin tarixi üzrə mühazirələr oxuyub. Qısa müddətdən sonra ABŞ vətəndaşlığı alıb. Bir vaxt sovet ideologiyasının bu cür gurultulu ideoloqlarının balaları nədənsə indi yaşamaq üçün Qərbi seçirlər və Qərbin dərin dövlətləri onlar üçün bütün qapıları açırlar ki, rəsmi qazancları yaxşı yaşamaq üçün legitim olsun. Realda isə sovet xalqlarından oğurladıqlarının hesabına rəsmi qazanclarından qat-qat artıq pullar xərcləyirlər. Maraqlıdır ki, sovet rejiminin son lideri Qorbaçovun və "silahdaşlarının" balaları da indi xaricdə lüks həyat sürürlər. Bəlkə də, bir vaxtlar ABŞ oliqarxlarının və parazit burjuaziyasının pis yuxusuna çevrilmiş ikinci supergücün - SSRİ-nin içindən çökməsi satqın partnomenklatura döllərinin indi xərclədiyi həmin haram pullarla bağlıdır. Вернуться назад |