Главная > Siyasət / Manset > Ərdoğan Qaro Paylanı satqın adlandırdı
Ərdoğan Qaro Paylanı satqın adlandırdı26-04-2022, 14:27. Разместил: admin |
“Türkiyə parlamentində qondarma erməni soyqırımının tanınması ilə bağlı qanun layihəsini təqdim edən deputat Qaro Paylana yer yoxdur”. “Azadsəs.az” “TASS”a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “Biz bu qanun layihəsini yüksək instansiyada açıq satqınlıq kimi qəbul edirik”, - deyə Ərdoğan söyləyib. Qeyd edək ki, Xalqların Demokratik Partıyasından (HDP) millət vəkili Qaro Paylan aprelin 22-si qondarma erməni soyqırımı ilə bağlı qanun layihəsini Türkiyə Böyük Millət Məclisi (TBMM) sədrliyinə təqdim edib. Lakin TBMM sədri Mustafa Şentop sözügedən qanun layihəsinin parlamentin nizamnaməsinə zidd olduğunu əsas gətirərək geri qaytarıb. Вернуться назад |