Главная > Siyasət / Manset > Bayden dünya liderlərini toplayaraq Ukraynanı müzakirə etdi

Bayden dünya liderlərini toplayaraq Ukraynanı müzakirə etdi


19-04-2022, 22:19. Разместил: admin
ABŞ və müttəfiq ölkələrin liderlərinin Rusiya və Ukrayna ilə bağlı videobağlantı vasitəsilə məsləhətləşmələri baş tutub.

“Azadsəs.az” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, video-görüş təxminən bir saat yarım davam edib.

Görüşdə Vaşinqton administrasiyasının rəhbəri ilə yanaşı, Böyük Britaniya, İtaliya, Kanada, Polşa, Rumıniya, Fransa, Almaniya, Yaponiya liderləri, həmçinin Avropa Komissiyasının sədri, Avropa İttifaqı Şurasının rəhbəri və NATO-nun baş katibi iştirak edib.

Bundan əvvəl Ağ Ev məlumat vermişdi ki, məsləhətləşmələr zamanı Bayden Rusiya Federasiyasına qarşı tədbirlərin əlaqələndirilməsi və Ukraynaya dəstək məsələlərini müzakirə etmək niyyətindədir.
Вернуться назад