Главная > Siyasət > Əli Həsənovun adamı dövlətə vurduğu ziyanın 100 min manatını ödəyib

Əli Həsənovun adamı dövlətə vurduğu ziyanın 100 min manatını ödəyib


11-06-2020, 10:53. Разместил: azadses
Hesablama Palatası Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda (KİVDF) apardığı yoxlamaların nəticəsi olaraq Baş Prokurorluğa 400 səhifəlik hesabat təqdim edib. 
Azad Səs-in məlumatına görə, bu barədə "Report"a hökumətdəki mənbə bildirib. 
Məlumata görə, KİVDF-nin keçmiş rəhbərliyi yol verdiyi nöqsanlar hesabına dövlətə vurduğu ziyanın 100 min manatını artıq ödəyib. 
Xatırladaq ki, Prezident İlham Əliyevin bu il aprelin 4-də imzaladığı sərəncamla Vüqar Səfərli KİVDF-nin İcraçı Direktoru vəzifəsindən azad edilib və onun yerinə Əhməd İsmayılov təyin edilib. Bundan sonra Hesablama Palatası qurumda yoxlamalara başlayıb. Yoxlamalar nəticəsində vəzifəli şəxslərin dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərinə əməl etməməsi, vəsaitlərin təyinatı üzrə istifadə edilməməsi, tikinti norma və qaydalarının pozulması, kütləvi informasiya vasitələrinə yardımların qanunvericiliyin tələblərinin pozulması ilə verilməsi və digər hallar üzrə noqsanlar aşkar edilib və bununla bağlı materialların "Hesablama Palatası haqqında" qanunun 26.2-ci maddəsinə əsasən Baş Prokurorluğa göndərilməsi qərara alınıb.
Xatırladaq ki, KİVDF uzun illər Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun kurasiyasında olub. Bütün bu illər ərzində Fondun fəaliyyəti kəskin tənqid olunub. Fond Əli Həsənovla əlaqəli aztirajlı qəzetlərə dövlət dəstəyi verməkdə, eləcə də jurnalistlər üçün mənzillərin tikilməsində və paylanmasında qanun pozuntularına yol verilməsində ittiham olunurdu.


Вернуться назад