Главная > Siyasət / Manset > “Rusiyanı insanlıq naminə dialoqa çağırıram”

“Rusiyanı insanlıq naminə dialoqa çağırıram”


14-04-2022, 11:32. Разместил: admin
Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus Ukrayna-Rusiya müharibəsi ilə bağlı çağırış edib.

“Azadsəs.az” xarici KİV-ə istinadən xəbər verir ki, Rusiyanın Ukraynaya hücumlarının başlamasından 50 gün keçdiyini bildirən Qebreyesus bu günə qədər ölkədəki sağlamlıq mərkəzlərinə 119 hücum təşkil edildiyinə dair məlumatı paylaşıb.

O, Ukraynada ehtiyacı olanlara tibbi ləvazimatların çatdırılması üçün lazım olan pul yardımının 53 faizini indiyə qədər aldıqlarını qeyd edərək, uzunmüddətli tibbi yardım üçün daha çox ianəyə ehtiyac olduğunu vurğulayıb.

"Rusiyanı insanlıq naminə dialoqa qayıtmağa və sülh üçün səy göstərməyə çağırıram", - Ukraynanın şərqindəki qarşıdurmalar səbəbindən səhiyyə xidmətlərinin ciddi şəkildə pozulduğunu deyən Qebreyesus bildirib.
Вернуться назад