Главная > Siyasət > Trampın qızı Kapitoliyə hücumla bağlı 8 saat ifadə verib

Trampın qızı Kapitoliyə hücumla bağlı 8 saat ifadə verib


6-04-2022, 20:16. Разместил: admin
ABŞ-ın keçmiş Prezidenti Donald Trampın qızı İvanka Tramp Kapitoli binasına hücumun araşdırılması ilə məşğul olan komitəyə ifadə verib.

“Azadsəs.az” xəbər verir ki, bu barədə məlumatı “CNBC” telekanalı yayıb.

Məlumata görə, İvanka Tramp təqribən 8 saat ərzində ifadə verib.

Telekanal qeyd edib ki, bir neçə həftə əvvəl İvankanın həyat yoldaşı Cared Kuşner də 6 saatdan çox müddət ərzində eyni araşdırma üzrə suallara cavab verib.

Xatırladaq ki, 2021-ci ilin yanvarın 6-da Donald Tramp tərəfdarları yeni seçilmiş Prezident Cozef Baydenin qalibiyyətinin təsdiqlənməsinin qarşısını almaq üçün Konqres binasına basqın etmişdilər. Hadisə beş nəfərin ölümü ilə nəticələnmişdi.
Вернуться назад