Главная > Siyasət > Tramp kütləvi etirazlar zamanı bunkerdə gizlənib

Tramp kütləvi etirazlar zamanı bunkerdə gizlənib


1-06-2020, 12:55. Разместил: azadses
ABŞ prezidenti Donald Tramp, 46 yaşlı afroamerikalı Corc Floydun ölümü ilə bağlı Ağ Evin qarşısında keçirilən kütləvi etirazlar zamanı Vaşinqtonun mərkəzində yerləşən yeraltı bunkerdə gizlənib.
Azad Səs-in məlumatına görə, bu barədə “The New York Times” nəşri məlumat yayıb.
Mənbələrin verdiyi məlumata görə, qərar şənbə gecəsi etirazların ən qızğın vaxtı verilib. Buna ABŞ-ın xüsusi xidmət orqanlarının əməkdaşları təkid edib.
CNN-in məlumatına görə, Tramp sığınacaqda bir saatdan az vaxt keçirib. Ailə üzvlərinin də orada olub-olmaması hələlik məlum deyil.
Nəşr qeyd edir ki, bəzi işçilərə iğtişaşların yenidən başlanması təhlükəsi səbəbindən Ağ Evə işə gəlməmələrinə icazə verilib.

Вернуться назад