Главная > Siyasət / Manset > ABŞ Ukraynaya müasir silahlar göndərməyə hazırlaşır

ABŞ Ukraynaya müasir silahlar göndərməyə hazırlaşır


26-03-2022, 08:24. Разместил: admin
“ABŞ Ukraynaya müasir hava hücumundan müdafiə sistemləri göndərmək üçün Avropa və digər regionlardakı tərəfdaşları ilə işləyir”.

“Azadsəs.az” TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.

Onun sözlərinə görə, Vaşinqton, həmçinin, tərəfdaşları ilə Ukraynaya sahil mühafizəsi, o cümlədən, gəmi əleyhinə raketlərin göndərilməsi perspektivlərini müzakirə edir.

Sallivan bununla belə qeyd edib ki, Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin tank ilə təmin edilməsi ilə bağlı ABŞ-a müraciət etməyib.
Вернуться назад