Главная > Siyasət / Manset > Ərdoğan bu gün Baydenlə görüşəcək

Ərdoğan bu gün Baydenlə görüşəcək


24-03-2022, 10:53. Разместил: admin
Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın dövlət başçısı Cozef Bayden arasında görüş olacaq.

“Hürriyət” xəbər verir ki, tərəflər NATO-nun Belçikanın paytaxtı Brüsseldə keçirilən fövqəladə sammiti çərçivəsində bir araya gələcəklər.

Türkiyə liderinin, həmçinin NATO Baş katibi Yens Stoltenberq, Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Boris Conson, Almaniya kansleri Olaf Şoltsla da təkbətək görüş keçirəcəyi gözlənilir.

Qeyd edək ki, NATO sammitində Rusiya-Ukrayna müharibəsi müzakirə olunacaq. R.T.Ərdoğan və C.Bayden toplantıda iştirak etmək üçün Brüsseldə səfərdədirlər.
Вернуться назад