Главная > Siyasət > Estoniyada Rusiya səfirliyi binasına hücum: Rusiya bayrağı yerindən qoparılıb - FOTO

Estoniyada Rusiya səfirliyi binasına hücum: Rusiya bayrağı yerindən qoparılıb - FOTO


21-03-2022, 14:37. Разместил: admin
Naməlum şəxslər Rusiyanın Estoniyadakı səfirliyinin dəftərxanası önündə asılmış Rusiya bayrağını qoparıblar.

Bu barədə bazar günü Rusiya diplomatik missiyası “Twitter”də məlumat yayıb.

Məlumata görə, Estoniyanın Tartu şəhərindəki Rusiya səfirliyinə məxsus inzibati binaya naməlum şəxslər tərəfindən hücum olunub.

“Güman edirik ki, günahkarlar cəzalandırılacaq, Rusiya Federasiyasının dövlət bayrağı isə öz yerinə qaytarılacaq”, - paylaşımda bildirilib.


Вернуться назад