Главная > Siyasət > “Türkiyə ilə sərhədləri açmağa hazırıq” - Mirzoyan

“Türkiyə ilə sərhədləri açmağa hazırıq” - Mirzoyan


16-03-2022, 08:30. Разместил: admin
“Ermənistan Türkiyə ilə diplomatik əlaqələr qurmağa və sərhədləri açmağa hazırdır”.

“Azadsəs.az” xəbər verir ki, bunu “Anadolu” agentliyinə müsahibəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

"Ermənistan Türkiyə ilə diplomatik əlaqələr qurmağa və sərhədləri açmağa hazırdır. Türkiyəli həmkarımdan prosesin bu məqsədə doğru aparılması üçün siyasi iradənin olduğunu eşitməkdən məmnunam. Hesab edirəm ki, biz sürətlə konkret addımlar atmaqdan çəkinməməliyik”, - Mirzoyan qeyd edib.

Ermənistan xarici işlər naziri Türkiyə ilə münasibətlərin normallaşması prosesini müsbət qiymətləndirib. O əlavə edib ki, erməni xalqı normallaşmanın tərəfdarıdır:

"Ümumiyyətlə, Ermənistan xalqı Türkiyə ilə münasibətlərin normallaşmasını istəyir. Bu, ictimai rəy sorğularında da özünü göstərir”.
Вернуться назад