Главная > Siyasət / Manset > Rusiya Ukraynada vurduğu obyektlərin sayını açıqladı

Rusiya Ukraynada vurduğu obyektlərin sayını açıqladı


12-03-2022, 13:41. Разместил: admin
“Rusiya Silahlı Qüvvələri hərbi əməliyyat başlayandan etibarən Ukraynanın hərbi infrastrukturunun 3491 obyektini sıradan çıxarıb”.

“Azadsəs.az” “TASS”a istinadən xəbər verir ki, bu məlumatı Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov açıqlayıb.

Onun sözlərinə görə, bu müddət ərzində Ukraynaya məxsus 123 PUA, 1127 tank və digər zirehli döyüş maşını, 115 reaktiv yaylım atəşi sistemi və s. məhv edilib.

O həmçinin bildirib ki, martın 12-si səhər saatlarında Ukraynanın Vasilkov şəhərində hərbi aerodroma və Brovarıda Ukrayna Silahlı Qüvvələrinin əsas radio və radiotexnika kəşfiyyat mərkəzinə də zərbələr endirilib.

“Ötən sutka ərzində Ukraynaya məxsus ikisi “Bayraktar TB-2” olmaqla 5 PUA vurulub”, - deyə Konaşenkov əlavə edib.
Вернуться назад