Главная > Siyasət > Mədəniyyət naziri vəzifəsini icra edən şəxs məlum oldu

Mədəniyyət naziri vəzifəsini icra edən şəxs məlum oldu


22-05-2020, 12:40. Разместил: azadses
Azərbaycanın Mədəniyyət naziri vəzifəsinin icrası nazir müavininə tapşırılıb. 
Azad Səs-in məlumatına görə, nazirin səlahiyyətlərini Mədəniyyət nazirinin birinci müavin Vaqif Əliyev icra edir.
O, 2011-ci ilin fevralın 18-də Mədəniyyət və Turizm nazirinin müavini təyin olunub. V.Əliyev 2018-ci ilin mayın 18-dən Mədəniyyət nazirinin birinci müavini vəzifəsini tutur.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev mayın 21-də Əbülfəs Qarayevin Mədəniyyət naziri vəzifəsindən azad olunması haqqında sərəncam imzalayıb.

Вернуться назад