Главная > Siyasət > Şolts və Bennet Putinlə görüşün nəticələrindən danışdılar

Şolts və Bennet Putinlə görüşün nəticələrindən danışdılar


6-03-2022, 14:13. Разместил: admin
Almaniya Kansleri Olaf Şolts İsrail Baş naziri Naftali Bennetlə görüşüb.

“Azadsəs.az” xəbər verir ki, bu barədə Almaniya hökuməti məlumat yayıb.

Bildirilib ki, görüş 1,5 saat davam edib.

Qeyd olunub ki, söhbətin əsas mövzusu Bennetin dünən Rusiya Prezidenti Vladimir Putinlə Moskvada keçirdiyi görüşün nəticələri olub.

Liderlər bu mövzuda yaxın təmasda olmağı qərarlaşdırıblar.

“Ortaq hədəf Ukraynadakı müharibəni mümkün olduğu qədər tez bitirməkdir. Bütün gücümüzlə bunun üzərində çalışacağıq”, - məlumatda deyilir.
Вернуться назад