Главная > Siyasət / Manset > “Avropa Parlamenti ukraynalıları öz mübarizələrində dəstəkləyir”

“Avropa Parlamenti ukraynalıları öz mübarizələrində dəstəkləyir”


1-03-2022, 17:13. Разместил: admin
“Avropa Parlamenti Ukraynanın Avropa perspektivini qəbul edir və ölkənin quruma üzvlük üçün namizədlik statusu almasına səy göstərəcək”.

“Azadsəs.az” “Evropeyskaya pravda” nəşrinə istinadən xəbər verir ki, bunu Avropa Parlamentinin Prezidenti Roberta Metsola Ukraynadakı vəziyyətə həsr olunan növbədənkənar plenar sessiyada deyib.

“Qətnamələrin (Avropa Parlamentinin qəbul etməyi planlaşdırdığı qətnamələr – red.) dəqiqliklə qeyd etdiyi kimi, biz Ukrayna Prezidentinin namizədlik statusu barədə ərizəsini alqışlayırıq və bu məqsəd üzərində çalışacağıq. Çünki biz gələcəyi birlikdə qarşılamaq istəyirik və qarşılamalıyıq”, - deyə Metsola qeyd edib.

Onun sözlərinə görə, Avropa Parlamenti ukraynalıları öz mübarizələrində tam olaraq dəstəkləyir.
Вернуться назад