Главная > Siyasət / Manset > “Belə taktikaları qəbul etmirik” - Zelenski Rusiya ilə görüşdən danışdı

“Belə taktikaları qəbul etmirik” - Zelenski Rusiya ilə görüşdən danışdı


1-03-2022, 11:16. Разместил: admin
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna və Rusiya arasında danışıqların birinci raundunu şərh edib.

“Azadsəs.az” UNİAN-a istinadən xəbər verir ki, o, bu barədə müraciətində bildirib.

“Rusiya tərəfinin təşəbbüsü ilə Ukrayna və Rusiya arasında danışıqların birinci raundu baş tutub. Bu danışıqlar ərazimizin, şəhərlərimizin bombalanması və atəşə tutulması fonunda gerçəkləşib. Görüş zamanı şəhərlərimizin bombalanmasının sinxronlaşdırılması olub. Rusiya bu qədər sadə yolla təzyiq göstərməyə çalışır. Biz belə taktikaları qəbul etmirik. Ədalətli danışıqlar o zaman ola bilər ki, bir tərəf qarşı tərəfi raket artilleriyası ilə vurmasın”, - deyə dövlət başçısı bildirib.

Zelenski onu da qeyd edib ki, Kiyev öz nümayəndə heyətinin qayıtmasından sonra Rusiya ilə danışıqların nəticəsini təhlil edəcək və danışıqların ikinci raundunun hansı formatda keçiriləcəyinə qərar verəcək.

Qeyd edək ki, ötən gün Belarusun Qomel şəhərində Rusiya və Ukrayna arasında danışıqların ilk raundu baş tutub.
Вернуться назад