Главная > Siyasət > Reytinqinin bu qədər düşməsi Paşinyanı şoka salıb

Reytinqinin bu qədər düşməsi Paşinyanı şoka salıb


13-11-2019, 13:59. Разместил: azadses
Yeni rəy sorğusunun nəticələri 10 gün əvvəl baş nazirə təqdim edilib
Ermənistanın baş naziri Nikol Paşinyanın reytinqi sürətlə düşməkdə davam edir.
Azadses-in məlumatına görə, bu barədə erməni mətbuatı xəbər verir.
Məlumata görə, son vaxtlar Paşinyan daha tez-tez selfiler çəkir, canlı yayıma çıxır, xalqa xoş gəlmək üçün digər hərəkətlər edir. Buna səbəb təxminən 10 gün əvvəl baş nazirə təqdim edilən yeni rəy sorğusunun nəticələridir. Həmin sorğunun nəticələri Paşinyanı o qədər qəzəbləndirib ki, onları yenidən yoxlamağa, eyni zamanda beynəlxalq təşkilatın Ermənistandakı filialına yeni rəy sorğusu keçirməyə göstəriş verib.
“Sorğunun nəticələri Paris ziyarətindən 2 gün əvvəl baş nazirə təqdim edilib və göstəricilər onun reytinqinin 21-23% arasında dəyişdiyini təsdiqləyib. Rəy sorğusu Paşinyanı çox qəzəbləndirib və o, ən etibarlı adamlarına düşünməyi, təhlil aparmağı, gələcək üçün fəaliyyət proqramını ona təqdim etməyi tapşırıb. Reytinqin bu qədər sürətlə düşməsini dayandırmaq üçün nə etmək lazım gəldiyini araşdırmağa göstəriş verib", - deyə məlumatda bildirilib.
Вернуться назад